20 May, 2011
U-17 qələbə qazandı

Yığmamızın heyətində 2 dəfə Seyran Məmmədov, 1 dəfə isə Xəlil Əhmədov fərqlənib

Moldovanın Kişinyov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, «Buikani» klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. 2 dəfə Seyran Məmmədov fərqlənib. Bir qolun müəllifi isə Xəlil Əhmədov olub.
Qeyd edək ki, bu oyunda yığmamızın heyətində əsasən ehtiyatda qalan futbolçular çıxış edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!