26 Oktyabr, 2016
Güzgü necə təmizlənməlidir

Güzgünü nəmişlikdən və günəş şüalarından qorumaq lazımdır. Parlaq günəş şüaları düz güzgünün üzərinə düşməməlidir. Güzgünü hər gün quru yumşaq əski ilə hər 2 ayda bir dəfə isə sirkəli əski ilə silmək məsləhət görülür. Güzgünü göy lilli (sinkalı) su ilə silsəniz parıldayır. Güzgünün milçək qonmuş yerlərini yarıya bölünmüş soğan ilə silin və soyuq su ilə yaxalayın. Onu da nəzərinizə çatdıraq ki, rütübətli otaqda güzgü tez xarab olur.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!