26 Oktyabr, 2016
Serenay Sarıkaya Bakıda

Tanınmış türk aktrisaları Serenay Sarıkaya və Zerrin Tekindor Bakıya gəliblər. Simsar.az -ın məlumatına görə, aktrisalar şəhəri gəzib, paytaxtın görkəmli yerləri ilə tanış olublar. Onların Bakıya səfərdə məqsədi bu gün "Nizami" kinoteatrında keçiriləcək "İkimizin yerinə" filminin qala-gecəsində iştirak etməkdir.

Filmin rejissoru Umur Turaqay, ssenari müəllifi Pınar Bulutdur. Filmdə çəkiliblər: Necat İşler, Serenay Sarıkaya, Zerrin Tekindor, Özgür Əmrə Yıldırım, Aslı Bəkiroğlu və başqaları.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!