27 Oktyabr, 2016
Türkmənistanın müstəqillik günüdür

X əsrdə Türkmənistanın ərazisinə oğuzlar(indiki türkmənlərin əcdadları) köçüb gəlirlər. Oğuzlar XIII əsrdə Səlcuq dövlətini yaradırlar. XVI əsrdə Türkmənistan ərazisi Xivə və Buxara xanlıqlarının tabeçiliyinə düşür. 1869-cı ildə Çar Rusiyası tərəfindən işğal olunur. 1921-ci ildə Türküstanın tərkibinə daxil olur. 1924-cü ildə isə SSRİ tərəfindən Türkmənistan MSSR-i yaradılır və SSRİ-nin tərkibinə daxil olur. 1991-ci ildə 27 oktyabrda müstəqil Türkmənistan Respublikası elan olunur.Ölkənin geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin və Hindistana gedən quru yollarının üzərində yerləşməsi baxımından əlverişlidir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!