26 Oktyabr, 2016
Polis Akademiyasında bıçaqlaşma

Bakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir

 

nəfər bıçaqlanıb. Simsar.az Report-a istinadən xəbər verir ki, dava küçədə olub.

 

Belə ki, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs

 

tələbələri - 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996-cı il təvəllüdlü Rəşad Məmmədov arasında

 

mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib.

R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!