26 Oktyabr, 2016
Azərbaycan spirtli içki ixracını 32% azaldıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib. Dövlət Gömrük Komitəsindən Simsar.az -a verilən xəbərə görə, 2016-cı ilin ilk 9 ayında 13 045,45 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 6 115,42 min dollar yaxud 31,92% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,20%-ni təşkil edib. Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 45 297,71 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 7 235,19 min dollar və ya 13,77% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,73% təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!