26 Oktyabr, 2016
Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək

Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi yaxın zamanda mümkün olacaq.Simsar.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. O deyib ki, bu istiqamətdə işlər aparılır: “Azərbaycanda bu sahədə böyük işlər görülür. 15 il əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilirdi. Bu gün artıq ölkəmizdə qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası mümkündür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!