26 Oktyabr, 2016
Qusarda sürüşmə- Sakinlər köçürülür

Qusar rayonunda sürüşmə aktivləşib. "Report"un Qusara ezam olunan müxbirinin verdiyi məlumata görə, sürüşmə rayonun Urva kəndi ərazisində qeydə alınıb.

Qeyd edək ki, sürüşmə zamanı kənd ərazisində 200 metr uzunluğunda yarğan əmələ gəlib. Sürüşmə zonasında yerləşən 16 evdən 15-nin sakinləri həmin ərazilərdən köçürülüb. Köçürülən ailələr üçün yeni evlər tikilir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!