26 Oktyabr, 2016
İrandan Azərbaycana narkotik gətirən yaxalandı

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 17,785 qram olan narkotik vasitə-heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!