26 Oktyabr, 2016
Moskva-Yerevan təyyarəsinin mühərriki alışıb

Bu gecə Bakı vaxtı ilə saat 3-də Moskvanın “Vnukovo” hava limanından Yerevana yola düşməyə hazırlaşan “UTair” aviaşirkətinin “Boeing” təyyarəsinin mühərriki uçub-enmə zolağında alışıb.

 

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib, alov söndürülüb. Təyyarədən təxliyyə edilmiş sərnişinlər 3 saat gözlədikdən sonra başqa təyyarə ilə Ermənistan paytaxtına yollanıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!