26 Oktyabr, 2016
Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi

Qırğızıstan prezidenti Almazbəy Atambəyov ölkə hökumətinin istefaya göndərilməsi ilə bağlı sərəncam imzalayıb. Simsar.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, Nazirlər kabinetinin istefası dörd deputat fraksiyasından ibarət parlament koalisiyasının statusunun itirilməsinin rəsmi surətdə elan edilməsi ilə bağlıdır. Bu müddətə qədər isə, parlamentin spikeri əksəriyyətin buraxılması barədə palatanı rəsmən məlumatlandırmışdı.

Qırğızıstan Respublikasının hökuməti, formalaşdırılmış fraksiyaları arasında koalisiya sazişinə uyğun olaraq istefaya getmiş hesab edilib.

Baş nazir, birinci vitse baş nazir, vitse baş nazir, hökumətin digər üzvləri və adminstrativ idarələrin rəhbərləri yeni hökumət qurulana qədər vəzifələrini icra edəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!