26 Oktyabr, 2016
Arvadından ayrılmamaq üçün özünü asdı

Dünən Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.Simsar.az Lent.az-a istinadən xəbər verir ki Sulutəpə qəsəbəsindəki fərdi yaşayış evində özünü asaraq intihar edən 41 yaşlı Nahid Quliyev usta olub. Ailəli, 3 uşaq atası olan Nahidin son vaxtlar həyat yoldaşı ilə problemlər yaşadığı bildirilir.Yaxınlarının dediklərinə görə, son günlərdə N.Quliyevlə həyat yoldaşı arasında narazılıq daha da artıb və qadın həyat yoldaşından boşanmaq istədiyini deyib. 41 yaşlı kişi isə ondan ayrılmaq istəmədiyini, ailəsinin dağılmasına imkan verməyəcəyini deyib.Dünən səhər saatlarında isə böyük oğlu atasının evdə özünü asdığını görüb və anasını çağırıb. Lakin artıq gec olub və 41 yaşlı Nahidə kömək etmək mümkün olmayıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!