26 Oktyabr, 2016
SOCAR istiqrazlarının bahalaşması davam edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker olan "PSG Kapital" investisiya şirkəti qiymətli kağızların təkrar bazarı üzrə alış-satış qiymətlərini artırmaqda davam edir. Bu barədə "Report" Bakı Fond Birjasına istinadən xəbər verir.

Məlumata görə, istiqrazların alış qiyməti 1 001,11 dollardan 1 001,25 dollara, satış qiyməti isə 1 016,11 dollardan 1 016,25 dollara çatdırılıb.

Xatırladaq ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 17-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!