26 Oktyabr, 2016
Səyyar ASAN Xırdalan və Kürdəmirdə olacaq

25 oktyabr - 8 noyabr tarixlərində səyyar ASAN xidmət Xırdalan və Kürdəmirdə vətəndaşlara səyyar formada xidmət göstərəcək. Agentlikdən Simsar.az -a verilən məlumata görə, səyyar ASAN xidmət avtobusları 4 oktyabr - 2 noyabr Goranboy, Ağdaş və İsmayıllıda, 24 oktyabr - 7 noyabr Yardımlı və Neftçalada, 24 oktyabr - 22 noyabr Qubada, 24 oktyabr - 2 noyabr Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!