26 Oktyabr, 2016
Çay daşdı, evlər su içində qaldı - GORANBOYDA

Yağış Goranboy rayonunda evlərə ziyan vurub. Simsar.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, güclü yağışlar Goranboy rayonunda fəsadlara yol açıb. Qaraçay və Goran çayının məcrasından çıxması daşqına səbəb olub. Nəticədə ona yaxın yaşayış məntəqəsini su basıb.

Evlərin həyətyanı sahələri ilə yanaşı, kənd təsərrüfatına da ziyan dəyib, ev quşları tələf olub. Fəsadların aradan qaldırılması üçün əraziyə texnikalar cəlb edilib. Adıçəkilən çaylardakı sel suları nəzarət altına alınıb. Rayon Fövqaladə Hallar Komissiyası sel sularından zərər görən yaşayış məntəqələrinə dəyən ziyanın miqyasını araşdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!