25 Oktyabr, 2016
Nazirlik: "Huawei" şirkətinə olan şişirdilmiş borc bağlanıb

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyində maliyyə intizamının gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb". "APA-Economics" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib

Onun sözlərinə görə, əvvəlki illərdən yığılmış borclar tədiyyə edilib və onların restrukturizasiyası aparılıb: "Sözügedən proseslər nəticəsində bir sıra şişirdilmiş borclar mövcudluğu aşkar edilib, aparılan danışıqlar nəticəsində həmin borclar azaldılıb. Belə ki, "Huawei", "ZTE" və bir sıra şirkətlərlə bağlanmış müqavilələr üzrə yığılmış kreditor borclarında endirimlər edilməsi üçün aparılmış danışıqlar nəticəsində milyonlarla manat vəsaitə qənaət edilib. Görülmüş işlər nəticəsində "Huawei" şirkətinə olan köhnə borc tamamilə bağlanıb, "ZTE" şirkətinə olan borcların ödənişi isə qrafik üzrə aparılıb".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!