26 Oktyabr, 2016
Milyarder Telman İsmayılovun ad günüdür

Bu gün  Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderi Telman İsmayılovun doğum günüdür.O, 1956-cı ildə Göyçay rayonunda anadan olub.Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan Palace" adlı otel inşa olunub. 23 may 2009-cu ildə "Mardan Palace" otelinin açılış mərasimi olub. Otelin tikintisi 1,4 milyard dollara başa gəlib.Məlumatlara görə Telman İsmayılov Türkiyənin "Antalyaspor" klubunu satın almaq istəyir. Hazırda onun oğlu "Antalyaspor"un vitse-prezidentidir. Azərbaycandan olan iş adamı Türkiyədə türk vətəndaşlığına keçmək üçün rəsmi müraciət edib. T. İsmayılov Türkiyəni çox sevdiyini və özünün də türk olduğunu bildirib: "Rusiya pasportum var, ancaq Türkiyəyə aşiqəm. Bu səbəblə vətəndaşlığa keçmək üçün müraciət etdim" Telman İsmayılov Avrasiya Yəhudi Kongresinin vitse-prezidentidir. Dağ yəhudilərindənolan Telman İsmayılovun sərvətinin 3 milyard dollar olduğu təxmin edilir.İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!