25 Oktyabr, 2016
Jurnalistlər nəqliyyatdan pulsuz istifadə edəcək?

Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi gerçəkləşir. "Simsar.az" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Nuridə Allahyarova fins.az-a bildirib ki, bunun üçün gələcəkdə həmin şəxslərə güzəştli kartların verilməsi nəzərdə tutulur.Qeyd edək ki, son günlər jurnalistlərin nəqliyyatdan pulsuz istifadəsi məsələsi müzakirə olunur. N.Allahyarova indi media mənsublarına belə bir güzəştin verilmədiyini deyib: "Hazırda jurnalistlərin nəqliyyatdan istifadəsi pulsuz deyil. Lakin gələcəkdə ölkədə onlar üçün güzəştli kartlar nəzərdə tutulur".

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!