25 Oktyabr, 2016
Yol polisi 5700 sürücünü cərimələyib

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən 2 gün ərzində inzibati xəta törədən 5700 sürücünü cərimələyib. Bu barədə "Report"a idarədən məlumat verilib. Bildirilib ki, oktyabrın 23-ü və 24-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 58-i sükan arxasına sərxoş halda əyləşdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2712 sürücü barəsində elektron protokol (MMX) tərtib edilib.

Qeyd edək ki, ötən 2 gün ərzində ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!