25 Oktyabr, 2016
Azərbaycanda avtomobil yolu çökdü

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.

Bu barədə kənd sakinləri məlumat veriblər. Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyəti qurumlar gəliblər.İlkin məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır. (Salamnews)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!