25 Oktyabr, 2016
Elman Abdullayev Cibuti Respublikasının Parlamentinin spikeri ilə görüşüb

Səfir Elman Abdullayev Cibuti Respublikasının Parlamentinin spikeri Məhəmməd Əli Huməd ilə görüşüb.Görüşdə səfir E.Abdullayev ölkəmiz haqqında ətraflı məlumat verərək, Azərbaycanın müsəlman şərqində ilk parlamentli respublika olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Həmçinin səfir E.Abdullayev Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın beynəlxalq hüquq və normalara riayət etmədiyini, Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığını və bu işğal nəticəsində 1 milyondan artıq insanın qaçqın -məcburi köçkün düşdüyünü bildirib. Bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Cibuti hökumətinə dərin təşəkkürünü bildirən səfir E.Abdullayev iki ölkə arasında qarşılıqlı şəkildə parlamentlərarası dostluq qrupunun yaradılması təklifini irəli sürüb.

Spiker M.Ə.Huməd Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səfir E.Abdullayevi təbrik edərək, dost Azərbaycan xalqına sülh və firavanlıq arzularını çatdırıb. Cibuti Respublikasının Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və bundan sonrada daha sıx əlaqələrin yaradılacağına əmin olduğunu bildirib.  Tərəflər arasında qarşılıqlı şəkildə parlamentlərarası dostluq qrupunun yaradılması təklifini yüksək qiymətləndirən spiker M.Ə.Huməd bu dostluq qrupunun iki ölkə arasında əlaqələlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyiniə ümidvar olduğunu söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!