25 Oktyabr, 2016
Sirkə turşusu içdi, öldü - QAXDA

Qaxda 65 yaşlı kişi səhvən sirkə turşusu içərək ölüb. Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX)APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə oktyabrın 24-də baş verib.

1951-ci il təvəllüdlü İlidon Pavloviç Babacanaşvili mədəsində kəskin ağrılar və zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, İ. Babacanaşvili həmin gün səhər saatlarında sərxoş vəziyyətdə araq əvəzinə sirkə turşusu qəbul edib. Həkimlərin müdaxiləsinə baxmayaraq, İ. Babacanaşvilinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan bir müddət sonra ölüb. Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!