25 Oktyabr, 2016
Tacikistandan Azərbaycana yüksək səviyyəli səfər planlaşdırılır

Tacikistandan Azərbaycana yüksək səviyyəli səfər baş tuta bilər. Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov Trend-ə müsahibəsində bildirib ki, hazırda bu məsələyə iki ölkənin müvafiq qurumları tərəfindən baxılır.

Səfirin sözlərinə görə, bundan başqa, ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq gedir.

Z.Saidov xatırladıb ki, hazırda Azərbaycan-Tacikistan münasibətləri 30-dan çox saziş və müqavilə ilə tənzimlənir: "Bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün qarşılıqlı səylər göstərilir".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!