25 Oktyabr, 2016
Antalyada partlayış

Türkiyənin Antalya şəhərində Ticarət və Sənaye Palatasının Çevreyolu rayonu ərazisində yerləşən binasında partlayış olub.  Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə oktyabrın 26-da səhər saatlarında baş verib. Partlayış yerinə çoxlu sayda təcili tibbi yardım maşınları, yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yaralananların olduğu bildirilib.

Hadisənin binanın avtomobil dayanacağında baş veridyi ehtimal olunur. Partlayışın baş vermə səbəbi hələlik bilinmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!