25 Oktyabr, 2016
Özünü 14-cü mərtəbədən atdı

Sumqayıtda intihar hadisəsi baş verib.Simsar.az-ın məlumatına görə,bu barədə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 24-də axşam saatlarında şəhərin 45-ci məhəlləsində baş verib. Sumqayıt şəhərində yaşayan Əliyev Nurəddin Çingiz oğlu özünü 14 mərtəbəli yaşayış binasının damından ataraq intihar edib. N.Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!