25 Oktyabr, 2016
Qızıl bahalaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,43% - 18 223,03 bəndədək, S&P 500 0,47% - 2 151,33 bəndədək, NASDAQ 1,00% - 5 309,83 bəndədək artıb. Simsar.az "APA-Economics" -ə istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,49% - 6 986,40 bəndədək azalıb, Almaniya DAX-ı 0,47% - 10 761,17 bəndədək, Fransa CAC-40-ı isə 0,36% - 4 552,58 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,10 dollar bahalaşaraq 1 266,80 dollar, gümüş isə 0,06 dollar artaraq 17,67 dollara satılıb.

Sosial səhifələrdə paylaş

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!