20 May, 2011
Mirça Rednik gələn həftə istefaya göndəriləcək?

"Bəlkə kubokun finalından sonra rəhbərlik mənimlə bağlı fikrini dəyişəcək"

"Biz mövsümü ikinci pillədə başa vurduq. Avropa Liqasına vəsiqə qazanmaqla məqsədimizə çatdıq. İNdi kubokun finalına hazırlaşırıq". Fanat.az xəbər verir ki, bu sözləri Rumıniya mətbuatına müsahibəsində "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik deyib.
Rednik çempion ola bilməmələrinin səbəbləri barədə də fikirlərini bildirib: "Startda müəyyən problemlər oldu. Biz rəqibləri yaxşı tanımırdıq. Həmçinin hakim səhvləri oyunumuza böyük ölçüdə təsir etdi və nəticədə birinci yeri tuta bilmədik".
"Xəzər Lənkəran"ın baş məşqçisi Rumıniyaya qayıdıb, "Styaua"nı çalışdıracağı ilə bağlı xəbərlərə münasibət bildirib: "Bu xəbərlər sadəcə şaiyədi. "Xəzər Lənkəran" artıq mənə yeni müqavilə təklif edib. Amma hələ cavab verməmişəm. Çünki bizim qarşıda kubok oyunumuz var. Bəlkə biz kuboku qazana bilməyəcəyik və onlar fikrini dəyişəcək. Bu barədə gələn həftə dəqiq cavab verə bilərəm. İndiki halda isə Rumıniyaya qayıtmıram".
Rumın mütəxəssis Liqa 1-ə 2-3 il sonra dönmək istədiyini bildirib: "Bəlkə 2-3 il sonra Rumıniya çempionatına qayıtdım. İndi qayıtmağım üçün şərait yoxdu. Mənim başqa layihələrim var. Çünki başqa bir iş görmək istəyirəm".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!