25 Oktyabr, 2016
Xalq artistinin doğum günüdür

Bu gün görkəmli Azərbaycan və Sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ və müstəqil Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.Simsar.az-ın  məlumatına görə, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda anadan olub.O, Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə Gənclər Festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.Görkəmli müğənni 2008-ci il oktyabrın 25-də Moskvada vəfat edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!