24 Oktyabr, 2016
Nur Yerlitaş efirə əlvida dedi

Bir müddət əvvəl döş xərçəngindən əməliyyat olunan modelyer Nur Yerlitaş xəstəxanadan çıxdıqdan sonra oteldə yaşayır.Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nur otel otağında şəklini paylaşaraq, bunları yazıb:"Ev şəraitində çoxlu adam gəlməli olacaqdır. Müalicə dövründə bu, mənim üçün yaxşı deyil. Oteldə tibb bacısı və xidmətçimlə qalıram. Özümü yaxşı hiss edənə qədər burada qalacağam.Məni tək buraxmadığınız üçün təşəkkür edirəm".O, eyni zamanda bundan sonra efirə çıxmayacağını bildirib:" Televiziyaya çıxmayacağam, proqramda olmayacağam"Qeyd edək ki, məşhur modelyer"İşte benim stilim" dəb yarışmasının münsiflər kürsüsündə əyləşirdi.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!