24 Oktyabr, 2016
Natiq Əliyev OPEC-in iclasına gedir

OPEC və qeyri-OPEC ölkələrinin energetika nazirlərinin bu həftə Vyanada keçiriləcək görüşünə Azərbaycan da dəvət olunub.Simsar.az xəbər verir ki,bunu RİA Novosti-yə açıqlamasında Azərbaycan energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva deyib.Onun sözlərinə görə, oktyabrın 28-31-də keçiriləcək Vyana görüşündə Azərbaycanı energetika Naziri Natiq Əliyev təmsil edəcək.O, əlavə edib ki, N.Əliyev artıq tədbirə iştirak üçün dəvət məktubu alıb.Qeyd edək ki, görüşdə əsas müzakirə mövzusu neft hasilatının azaldılması və ya dondurulması olacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!