24 Oktyabr, 2016
Avtovağzal Ticarət Mərkəzi bağlandı

Beynəlxalq Avtovağzal Kompleskinin ticarət mərkəzində bu gün səhər saatlarında işlər tam olaraq dayandırılıb. Deyerler.org bildirir ki, səbəb kimi Avtovağzal ərazisinə Vergi Müfəttişliyi əməkdaşlarının ciddi yoxlamalar aparmaq üçün gəlmələri göstərilir.

Dükan sahiblərinin qeyd etdiyinə görə, Avtovağzal rəhbərliyi də məhz bu səbəbdən bütün obyektlərin bağlanması ilə bağlı tapşırıq verib. Prosesin nə vaxta qədər davam edəcəyi məlum deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!