24 Oktyabr, 2016
Ölənlər Aİ rəsmiləri deyil- Açıqlama

Maltada qəzaya uğrayan təyyarədə Avropa İttifaqının nümayəndələri olmayıb. Simsar.az xəbər verir ki, bu barədə Avropa xarici siyasət xidmətinin yaydığı bəyanatda deyilir:“Bu gün səhər Maltada təyyarənin qəzaya uğraması xəbəri ilə bağlı onu deyə bilərik ki, göyərtəsində Avropa İttifaqının nümayəndələri olmayıb. Təyyarə, həmçinin Avropa İttifaqının hər hansı fəaliyyəti ilə əlaqəli olmayıb”.Aİ-nin diplomatik xidməti qeyd edib ki, qurumun Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Malta hökuməti ilə əlaqədədir və hadisələri izləyir.Qeyd edək ki, daha əvvəl təyyarə qəzada 5 nəfərin öldüyü açıqlanmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!