24 Oktyabr, 2016
Oteldə damarlarını kəsdi

Bakıdakı otellərdən birində 33 yaşlı kişi öz qolunu doğrayıb. "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu "Premier Expo" otelində qeydə alınıb.Otelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib.Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib. O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!