24 Oktyabr, 2016
Həyat yoldaşını döyərək öldürdü - BAKIDA

Bakıda kişi arvadını döyərək ona ağır xəsarətlər yetirib. Hadisə Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 15/5 ünvanında qeydə alınıb. Belə ki,1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb. Məlum olub ki, D.Hüseynovanı əri 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!