24 Oktyabr, 2016
Namiq: "Açıqlama gözləməyin"

"Namiq bağ evimi əlimdən aldı".Simsar.az-ın məlumatına görə, bu sözləri “ATV maqazin onlarla” verilişinə açıqlamasında xalq artisti Aygün Kazımova deyib. O bildirib ki, bir zaman sevgilisi olan meyxanaçı Namiq Qaraçuxurlu bağ evini əlindən alıb: “Elə insandır ki, hər şeyimi əlimdən aldı. Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismət oldu”.N.Qaraçuxurlu bu mövzuda danışmaq istəmədiyini söyləyib: “Bunlar çox şəxsi məsələlərdir. Bu barədə açıqlamamı gözləməyin. Özümə belə bu qədər dərinə getməyə icazə vermirəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!