24 Oktyabr, 2016
BƏƏ-dən Bakıya yeni aviareys açılır

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Bakıya birbaşa aviareys açılır.Simsar.az-ın məlumatına görə, "Air Arabia" aşağı büdcəli aviaşirkəti gələn il martın 23-dən həftədə 4 dəfə Şarca beynəlxalq hava limanından Bakıya və əks istiqamətə uçuşlar həyata keçirəcək.Təyyarə həftənin cümə axşamı və bazar günləri saat 07:55-də Şarcadan havaya qalxacaq, yerli vaxtla 10:50-də Heydər Əliyev beynəlxalq hava limanına enəcək. Həmin günlərdə Bakıdan uçuş 11:30-da başlayacaq, Şarcaya eniş yerli vaxtla 14:10-da olacaq.Həftənin çərşənbə axşamı və şənbə günlərində isə təyyarə Şarcadan saat 02:55-də qalxacaq, 05:50-də Bakıya enəcək. Əks istiqamətdə aviareys 06:50-də həyata keçiriləcək, Şarca hava limanına 09:30-da çatacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!