22 Oktyabr, 2016
Tərtərdə raket qalıqları aşkarlanıb

Tərtər rayonunda partlamış raket qalıqları aşkar olunub. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Simsar.az -a verilən məlumata görə,

Tərtər rayonunun Hacıqərvənd kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd partlamış 9M22U (Qrad) raketinin qalıqları aşkar edilərək götürülüb. Nəticə etibarilə 2 500 kv.m. ərazi yoxlanılıb.Qeyd olunub ki, ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 22 oktyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində  648 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş,       3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası”    və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!