22 Oktyabr, 2016
Piyadanı maşın vurdu - Bakıda

Bakıda yolu keçən piyada avtomobillə vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, hadisə oktyabrın 21-də, saat 01 radələrində, Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Xankişi Xankişiyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Rəşad Zöhrabovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!