23 Oktyabr, 2016
"Qara Mirvari"-nin doğum günüdür

Futbolçu karyerasında 1281 qol vuraraq rekord vuran dünya şöhrətli Pelenin bu gün doğum günüdür. Bütün dünyada sevilən futbolçunu Braziliya hökuməti Avropa klublarının onu əldə etmək üçün cəhdlərini görərək Peleni "Milli Sərvət" elan etdi və onun Braziliyada qalmağını dəstəklədi. "Qara Mirvari" ləqəbli futbolçu 1977-ci ildə futbol həyatını bitirdiyini elan etdikdə dünya mediasında "onun üçün göy də ağladı" yazdılar. 1994-98-ci illər arasında ölkəsində İdman Nazirliyinə rəhbərlik edən Pelenin 2 evliliyi olub, 6 uşağı var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!