22 Oktyabr, 2016
Balaca Gülər Simsar.az -da

Talassemiyanin ağır forması - BETTA Talassemiyadan əziyyət çəkən 6 yaşlı Gülər bala ötən gün Simsar.az saytının redaksiyasında qonaq olub. Redaksiyanın kollektivi ilə maraqlı gün keçirən balaca dostumuz əvvəl həkim olmaq istəsə də, bizimlə görüşdən sonra böyüyəndə jurnalist olmağı qərara aldı. Əlinə foto kamera alıb redaksiyada reportaj aparan balaca jurnalist baş redaktorumuzdan müsahibə də ala bildi. Gülərin redaksiyamızda, bizimlə yaşadığı maraqlı gündən fotoları sizə təqdim edirik.

Qeyd edək ki, Məmmədova Gülər Seymur qızının yaşaması üçün ona ilik nəqli əməliyyatı aparılmalıdır. Tələb olunan böyük vəsaitin toplanması üçün sabah saat 17:00 da "Niel" restoranında Gülər üçün xeyriyyə tədbiri keçiriləcək.

Yasəmən Məmmədova

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!