22 Oktyabr, 2016
Nikolas Maduro Milli Məclisdə olub

 

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 22-də Azərbaycan Respublikası Milli Məclisində olub. Ali qonaq əvvəlcə parlamentin iclas zalı ilə tanış olub.

Prezident Nikolas Maduronun Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə Azərbaycan və Venesuela arasında müxtəlif sahələrdə əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!