21 Oktyabr, 2016
Azərbaycanda nə qədər alim var?-Statistika

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Tədqiqat və işləmlərlə məşğul olan heyətin sayı 8 504 nəfərdir.Simsar.az xəbər verir ki,bu haqda Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.Məlumata görə, Akademiyada 5 789 tədqiqatçı, 940 texnik, 957 köməkçi heyət, həmçinin 818 nəfər digər işlərdə çalışır.Bildirilib ki, tədqiqat və işləmlərlə məşğul olan heyətdə alimlik dərəcəsi olanların sayı 597 nəfər, alimlik dərəcəsi olan texniklərin sayı 594 nəfərdir.Sorğuda həmçinin qeyd olunub ki, AMEA-da tədqiqat və işləmlərlə məşğul olan heyətdə fəlsəfə doktorlarının sayı  1992 nəfər, fəlsəfə doktorları olan texniklərin sayı isə 1 973 nəfərdir.AMEA-da elmin sahələri üzrə qadın tədqiqatçıların sayı 3523 nəfərdir, onlardan 1922 nəfəri təbii, 454 nəfəri texniki, 27 nəfəri tibb, 42 nəfəri kənd təsərrüfatı, 232 nəfəri ictimai, 846 nəfəri humanitar sahədə çalışır. Həmin qadınlardan cəmi 132 nəfərinin alimlik dərəcəsi var. 990 nəfəri isə fəlsəfə doktorudur.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!