21 Oktyabr, 2016
Şəhid Murad Mirzəyev haqqında film çəkiləcək

Azərbaycanın Milli Qəhrəmanı, aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Murad Mirzəyev haqqında sənədli film çəkiləcək.Simsar.az xəbər verir ki,bu barədə AzVision.az–a Milli Qəhrəmanın Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva deyib.O, bildirib ki, sənədli film jurnalist Bəxtiyar Qaraca tərəfindən lentə alınacaq. Film 31 Mart Azərbaycanlıların soyqırımı və Milli Qəhrəmanın doğum günü ərəfəsində təqdim olunacaq.“Filmdə Milli Qəhrəmanın həyat və döyüş yolu ilə bağlı geniş məlumat veriləcək”.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!