21 Oktyabr, 2016
Şəbnəm: "Reytinq xətrinə məndən yazırlar"

Müğənni Şəbnəm Əsədova sosial şəbəkədə daha bir paylaşım edib. Simsar.az xəbər verir ki,müğənni mətbuatda onun barəsində gedən yazılara fikir vermədiyini bildirib: "Allah heç bir xanımı sevdiyindən ayırmasın və qadınlarımız xoşbəxt olsun,Ən gözəli də odur ki, insan canından çox sevdiyi şəxsdən övlad yolu gözləsin. Bunu bütün xanımlarımıza arzu edirəm. Mənim əzizlərim mətbuatda haqqımda yazılan xəbərlərə fikir vermirəm. Məni sevənlər də heç baxmasın. Çünki, onlar reytinq xətirinə məndən yazırlar. Mənim üçün ailəm, uşaqlarım və sağlamlığım daha vacibdir".


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!