19 May, 2011
Mətbuat Şurasında layihə təqdimatı olacaq

Mətbuat Şurasında Berlin Jurnalistlər Məktəbinin təmsilçisi ilə görüş keçiriləcək. 

Şuradan Simsar.az-a verilən məlumata görə, mayın 20-də saat 13:00-da Azərbaycan Mətbuat Şurasında Berlin Jurnalistlər Məktəbinin əməkdaşı Klemens Şöl ilə görüş keçiriləcək. Kütləvi informasiya vasitələri təmsilçilərinin, media ekspertlərinin qatılacaqları toplantıda sözügedən qurumun “Mətbuat - xalqlar arasında vasitəçi kimi” adlı layihəsinin təqdimatı nəzərdə tutulur.


Layihəyə görə, müsabiqə əsasında seçilmiş Mərkəzi və Şərqi Avropa ölkələrindən olan jurnalistlər 3 aylığa Berlinə dəvət olunur və bu müddətin 2 ayını hansısa alman mətbuat orqanında işləyir, təcrübə mübadiləsi aparırlar.


Qeyd edək ki, 2003-cü ildən başlayan layihədə indiyədək müxtəlif ölkələrdən ümumilikdə 140 jurnalist iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!