21 Oktyabr, 2016
Paşa Qəlbinur: “Xoşqədəm insanları təhqir edir” - ETİRAZ

“Dəvət olunan verilişlərin onundan ikisinə, ya da birinə gedirəm. Bir müddət əvvəl Xoşqədəmin verilişində oldum. Bir də o verilişə getmiyəcəm”. Bunu tibb elmlər doktoru, professor, Əməkdar elm “xadimi, Əməkdar həkim, oftomoloq və şair Paşa Qəlbinur Simsar.az-a açıqlamasında deyib. O,bildirib ki, iştirak etdiyi verilişdə eybəcərliklər görüb: “O verilişdə eybəcərlik gördüm, o adam insanları alçaldır, yazıq günə düşənləri ağladır, ürəyini partladır, fasilədə onları təhqir edir, ona görə də mən o verilişə bir də getməyəcəm. Orda özlərinə də dedim ki, bir də zəhmət çəkib məni dəvət etməsinlər, gəlməyəcəm . Millət vəkili Aqiyə Naxçıvanlı da bu barədə çıxış etmişdi, mən də onun dedikləri ilə razıyam. O cür verilişlər zərərlidir”.

Cəmilə Məmmədova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!