21 Oktyabr, 2016
Bank qanunvericiliyinə əlavələr hazırlanıb

Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mövcud bank qanunvericiliyi, o cümlədən "Banklar haqqında" qanuna əlavələrin layihəsi hazırlanıb. "Report"un verdiyi xəbərə görə, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

"Bu, imkan verəcək ki, bankların problemli aktivləri və öhdəliklərini bir-birindən ayıraq, sağlam aktivləri mövcud banklara keçirək, problemləri bir çətir altında birləşdirib həll edək", - deyə R.Aslanlı vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!