21 Oktyabr, 2016
Evdən 12 kq-a yaxın marixuana çıxdı

Marixuana satan şəxslər tutulub. Daxili İşlər Nazirliyindən Simsar.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsi və Balakən rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tülü kənd sakini Ramiz Bayramov və Zaqatala rayon sakini Elnur Əzimzadə 195 qram marixuananı satarkən tutulublar.

R.Bayramovun evinə baxış zamanı isə oradan əlavə olaraq 11 kiloqram 650 qram marixuana, habelə evində olan həmkəndlisi Heybullah Qaraçayevdən 6,178 qram marixuana da aşkar edilərək götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!