21 Oktyabr, 2016
UEFA reytinqində 1 pillə irəlilədi

Avropa Liqasında “Qarabağ”ın Yunanıstan PAOK-u üzərində qazandığı qələbə (2:0) ölkəmizin reytinqini zənginləşdirib.Simsar.az xəbər verir ki, əldə edilən qalibiyyət hesabımızın 0.500 xal zənginləşməsinə səbəb olub. Bununla da əmsallarının cəmini 17.250-yə çatdıran Azərbaycan 1 pillə irəliləyərək Kipri arxada qoyub. Hazırda 25-ci yerdə olan ölkəmiz adalıları 0.200 xal qabaqlayır. Bizdən 1 addım öndə olan İsrailin isə aktivindəki xalların cəmi 17.875-ə bərabərdi.Səfərdə “Sent Etyen”ə məğlub olan (0:1) “Qəbələ” isə hesabımıza xal yazdıra bilməyib.Qeyd edək ki, cari mövsümdə klublarmızın yığdığı 3.750 xaldan 1.625-i “Qarabağ”ın, 1.375-i “Qəbələ”nin payına düşürsə, “Neftçi” və “Kəpəz” hərəyə 0.375 xalla öz töhfəsini verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!