21 Oktyabr, 2016
773 nəfər qidadan zəhərləndi

Bu ilin sentyabrında Azərbaycanda 49 qida zəhərlənməsi faktı qeydə alınıb. Simsar.az APA-ya istinadən xəbər verir ki,Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev  deyib ki, qida zəhərlənməsi nəticəsində 81 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 2 botulizm hadisəsi nəticəsində isə eyni sayda - 2 zəhərlənmə qeydə alınıb.İ. Abdullayev qeyd edib ki, bu ilin 9 ayında Azərbaycanda qeydə alınan 520 qida zəhərlənməsi nəticəsində 773 nəfər zərər çəkib. Yanvar-sentyabr aylarında 29 botulizm hadisəsi nəticəsində 34 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsində 1 ölüm baş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!